Can Uzun rekord transferlə ayrılır

Bakı, 1 iyul, Sporaz.tv

Türkiyə Milli futbolçu Can Uzun yeni mövsümdə “Eintracht Frankfurt“ında çıxış edəcək. Can Uzunun Bundesliqa komandası ilə 5 illik müqavilə imzalaması gözlənilir.

Sporaz.tv xəbər verir ki, 18 yaşlı Can Uzunun yeni mövsümdəki ünvanı maraqla qarşılanıb. Ulduzu Bundesliqa 2 komandası Nürnberqdə parlayan Can Uzun Bundesliqa təmsilçisi “Eintracht Frankfurt”a transfer olunub.

Can Uzunun yeni komandası ilə 2029-cu ilə qədər müqavilə imzalayacağı gözlənilir.

Hücumçunun transferi 24 saat ərzində rəsmiləşəcək.
Frankfurt komandasının “Nürnberg“ə transferi üçün 11 milyon avro üstəgəl 3 milyon avro mükafat ödəyəcəyi yazılmışdı. 11 milyon avroluq qiymət “Nürnberg” tarixinin ən bahalı transferi olacaq.

“Nürnberg” də futbolçunun sonrakı satışından 10 faiz alacaq.

Bahar Rüstəm