Çağlar Söyüncünün meydana qayıdacağı matç bəlli olub

Bakı, 9 oktyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça) – “Antalyaspor” matçında zədələnən Çağlar Söyüncünün əzələsində qanaxma və ödem aşkarlanıb. 28 yaşlı müdafiəçinin meydana qayıdacağı matç bəlli olub.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”-nin çalışdırıcısı Jose Mourinhonun güvəndiyi adlardan Çağlar Söyüncü zədəsi səbəbindən “Twente ” matçında meydana çıxa bilməyib.

Sarı-göylülərin türkiyəli müdafiəçisinin müalicəsi tamamlanıb. Fərdi məşqlərə başlayan Çağlar Söyüncünün ən geci gələn həftə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Türkiyəli müdafiəçinin zədəsi təkrarlanmasa, oktyabrın 20-də “Fenerbahçe”-nin keçirəcəyi “Samsunspor” matçının heyətində yer alacaq.

Çağlar Söyüncü, “Fenerbahçe”-nin heyətində 12 rəsmi oyun keçirib.

28 yaşlı futbolçu bu matçlarda 1 qola imza atıb.