C qrupunda dəyişiklik yoxdur

Bakı, 26 iyun, Sporaz.tv

Futbol üzrə 2024-cü il Avropa çempionatında (AVRO 2024) C qrupunun oyunları başa çatıb.

Sporaz.tv xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi turnirdə C qrupunun oyunu İngiltərəSloveniya DanimarkaSerbiya matçları ilə yekunlaşıb.

Son matçlara qədər İngiltərənin 4, Danimarka və Sloveniyanın 2, Serbiyanın isə 1 xalı var idi.

Bu nəticələrdən sonra İngiltərə lider, Danimarka isə ikinci olaraq son 16 tura vəsiqə qazanıb. Ən yaxşı üçlər arasında yer alması təmin edilən Sloveniya da son 16 tura vəsiqə qazanıb.

Serbiya isə turnirlə vidalaşıb.

C qrupunu 2-ci pillədə başa vuran Danimarka Almaniyanın rəqibi olub.

Danimarka son 16 turda A qrupunu lider tamamlayan Almaniya ilə qarşılaşacaq.