Bütün gözlər Ferdi Kadıoğlunun üzərindədir

Bakı, 12 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan “Fenerbahçe“dən rekord məbləğə transfer olunan Ferdi Kadıoğlu komandası ilə ilk məşqində zədələnib. Beynəlxalq fasilədə sağalmış ulduz futbolçu komandası ilə məşqlərə başlayıb. Premyer Liqadakı çıxışı ilə diqqət çəkən “Brighton” liqanın yeni komandalarından “Ipswıch“i qəbul edir. Brighton son 3 həftədə 2 qələbə və 1 heç-heçə əldə edib.

Sporaz.tv xəbər verir ki, Fabian Hürzelerin idarə etdiyi Brighton yeni mövsümdə “Manchester City”, “Liverpool”, “Arsenal”, “Tottenham” və “Manchester United” kimi komandalarla çempionluq yarışında olmağı hədəfləyib. Heyətində Joao Pedro, Kaoru Mitoma, Mats Wieffer, Adingra kimi önəmli oyunçuların yer aldığı “Brighton” “Everton” və “Manchester United” kimi komandaları məğlub edib. “Arsenal”la heç-heçə edən “Brighton” “Ipswich” matçında səhvə yol vermək istəmir. Briqtonun rəqibi “Ipswich” son 3 həftədə hələ qalib gəlməyib.

Premyer Liqada 4-cü həftənin həyəcanı “Brighton” – “Ipswich” matçı ilə davam edir. Faimer Stadiumunda oynanılacaq “Brighton” – “Ipswich” oyunu 14 sentyabr şənbə günü saat 17:00-da başlayacaq və beIN Sports kanalında canlı yayımlanacaq.

Millinin gənc ulduzu Ferdi Kadıoğlu İngiltərə mətbuatına verdiyi açıqlamada komanda ilə məşqdə iştirak etdiyini vurğulayaraq, “İnşallah növbəti matçda heyətdə olacam” dedi.

Komandası ilə ilk məşqində zədələnən futbolçu 10 gün meydanlardan uzaq olub və millidəki fasilədə zədəsini sağaldıb.

Premyer Liqaya 3 həftə qalmış “Everton”, “Manchester United” və “Arsenal”la qarşılaşan “Brighton” 7 xal toplayıb. İngiltərə yığması keçirdiyi matçlarda 6 dəfə rəqib qapısına zərbə endirib və 2 qol buraxıb.

Bahar Rüstəm

Leave a Reply