“Bursaspor”dan İsmayıl Yüksekə təşəkkürlər

Bakı, 10 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça)-nın yarımmüdafiəçisi İsmayıl Yüksek keçmiş komandası “Bursaspor“dan alacağı 100 min lirəni yaşıl-ağlı kluba bağışlayıb.

Sporaz.tv xəbər verir ki, TFF 3-cü liqaya düşən və maddi cəhətdən çətin anlar yaşayan Bursaspor, Fenerbahçe (Fənərbaxça)-nın milli futbolçusu İsmail Yüksekdən dəstək alıb.

Bir müddət yaşıl-ağlı komandada forma geyinən Yüksekin “Bursaspor”dan alacağı 100 min TL-ni kluba bağışladığı bildirilib.

Bursasporun sosial media hesabından edilən açıqlamada: “İnfrastrukturumuzda məşq edən milli futbolçu İsmail Yüksek, 100 min TL-lik alacağını klubumuza bağışladı. Ona təşəkkür edir, Avropa çempionatında uğurlar arzulayırıq”. ifadələrdən istifadə edilmişdir.