“Bura Beşiktaşdan gəldim, daha böyük kluba gəldim”

Bakı, 11 sentyabr, Sporaz.tv

Trabzonspor“un yeni transferi Serdar Saatçı şəhərə gəldi. Hava limanında mətbuata açıqlama verən 21 yaşlı müdafiəçi “Bura “Beşiktaş“dan gəldim. Daha böyük kluba gəldim” deyib.

Sporaz.tv xəbər verir ki, “Trabzonspor” 2,5 milyon avroya “Braga”dan Serdar Saatçını heyətinə qatıb. 21 yaşlı futbolçu millidəki fasilədən sonra Trabzona yollanıb.

Hava limanında mətbuat mənsublarına açıqlama verən Serdar Saatçı, “Təsviri mümkün olmayan hisslər keçirirəm. Çünki bura “Beşiktaş”dan gəldim. Daha böyük bir kluba gəldim. İnşallah, bu liqada özümü ən yaxşı şəkildə göstərəcəm” deyib.

“Beşiktaş” akademiyasında məşq edən Serdar Saatçı 2020-2021 mövsümündə əsas komandaya yüksəlib. İlk ilində Super Liqa, Ziraat Türkiyə Kuboku və Superkubok çempionu olan 21 yaşlı futbolçu 2022-2023 mövsümündə 2 milyon avroluq transfer qarşılığında “Braga”ya transfer olunub.

“Braga”da 34 matça çıxan Serdar Saatçı 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm

Leave a Reply