Bülent Uyğun “Böyük Dördlüyə” qarşı nəticəsi ilə diqqət çəkdi

Bakı,25 aprel,Sporaz.tv

Məşqçi Bülent Uyğun “Sivasspor”un başına keçdikdən sonra “qırmızı-ağlılar” Trendyol Superliqasında “Galatasaray“(Qalatasaray) ,”Fenerbahçe“(Fənərbaxça), “Trabzonspor” və “Beşiktaş“la keçirdiyi matçlarda məğlub olmayıb.

Sporaz.tv xəbər verir ki,“Sivasspor”da futbolçu, idman direktoru və məşqçi kimi böyük uğurlar qazanan və 15 ildən sonra yenidən komandanın başına keçən Bülent Uyğun “Beşiktaş”, “Fenerbahçe”(Fənərbaxça),“Galatasaray”(Qalatasaray) və “Trabzonspor”la oynadığı matçlarda 2 qələbə, 2 heç-heçə əldə edib.

Baş məşqçi Bülənt Uyğunun rəhbərliyi altında “Sivasspor” “Galatasaray”(Qalatasaray), “Beşiktaş”, “Trabzonspor” və “Fenerbahçe”(Fənərbaxça) ilə keçirdiyi matçlarda 5 qol vurub, 3 qol buraxıb.Liqanın 16-cı həftəsində Sivasda “Galatasaray”(Qalatasaray)la keçirilən təxirə salınma matçında böyük dördlüyə qarşı ilk sınağına çıxan Bülent Uyğun matçdan 1-1 hesablı bərabərliklə ayrılmağı bacarıb.

Düzgün idarə olunan “Sivasspor” liqanın 23-cü həftəsində evdə “Beşiktaş”ı 1:0 hesabı ilə məğlub edib, 32-ci həftədə isə səfərdə “Trabzonspor”u 1:0 hesabı ilə məğlub etməyi bacarıb.Karyerasında “liqadan düşmüş” hesab edilən komandaları xilas etdiyi bir dövr olduğunu xatırladan Uyğun, “Bu prosesdə UEFA-ya getdiyimiz mövsüm, Çempionlar Liqasına getdiyimiz mövsüm, bəzən biz də “liqadan aşağı liqa” hesab edilən komandaları xilas etdik. Final matçlarını uduzsan və ya o matçları qazananda şəhər böyük bir həmrəyliyə qovuşur.”

Bahar Rüstəm