“Bucaspor 1928″də ilk ayrılıq yaşanıb

Bakı, 21 iyun, Sporaz.tv

Bucaspor 1928“də çıxış edən Sadi Karaduman, sosial media hesabından sarı-göylü klubdan ayrıldığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, yeni mövsüm əvvəli heyət məşqlərinə hələ başlamayan, TFF 2-ci Liqa komandalarından olan, “Bucaspor 1928 “də ilk ayrılıq yaşanıb və 32 yaşlı müdafiəçi Sadi Karaduman komandadan ayrıldığını açıqlayıb.

Sosial media hesabından açıqlama verən Karaduman, “1 il oynadığım “Bucaspor”dan ayrıldım. Meydanda mənimlə eyni mübarizəni göstərən komanda yoldaşlarıma, məşqçilərimə, masajçıdan tutmuş avadanlıq ustasına qədər bizə əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm”-sözlərini qeyd edib.

32 yaşlı futbolçu sarı-göy rəngli formada 20 matça çıxıb.