Bu iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

Bakı,30 iyun, Sporaz.tv

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq.

Yerli media xəbər verir ki, əvvəlcə meydana İngiltərəSlovakiya yığmaları çıxacaq. Gelzenkirxen şəhərindəki “Veltins-Arena (Feltins Arena)”da oynanılacaq görüş Bakı vaxt ilə 20:00-da start götürəcək.

Günün ikinci matçında İspaniya Gürcüstan-ı sınağa çəkəcək. Kölnün “Rheinenergiestadion (Reyn Enerqi)” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl İsveçrəAlmaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

Mənbə:Azərtac