Bakı,30 iyun, Sporaz.tv
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki oyunu baş tutacaq.
Yerli media xəbər verir ki, əvvəlcə meydana İngiltərə və Slovakiya yığmaları çıxacaq. Gelzenkirxen şəhərindəki “Veltins-Arena (Feltins Arena)”da oynanılacaq görüş Bakı vaxt ilə 20:00-da start götürəcək.
Günün ikinci matçında İspaniya Gürcüstan-ı sınağa çəkəcək. Kölnün “Rheinenergiestadion (Reyn Enerqi)” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxt ilə 23:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.
Mənbə:Azərtac