Bu gün“Qarabağ” doğma meydanda “Turan Tovuz” ilə qarşılaşacaq

Bakı, 24 avqust, Sporaz.tv

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ilk görüşdə “Qarabağ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. “Azersun Arena”da baş tutacaq matç 18:15-da start götürəcək.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ın qonağı olacaq. Saat 20:30-da başlayacaq oyun “Live Bona Dea Arena”da təşkil olunacaq.

Qeyd edək ki, turun açılış matçında “Səbail” “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəlib.