Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

Bakı, 1 iyun, Sporaz.tv

Bu gün UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulacaq.

 Sporaz.tv xəbər verir ki, finalda Almaniyanın “Borussia Dortmund (Borussiya Dortmund)” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gələcək. İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılacaq görüş 23:00-da start götürəcək.

Matçı Sloveniyadan olan referi “Slavko Vinčić (Slavko Vinçiç)” idarə edəcək.