Bakı, 20 sentyabr, Sporaz.tv
Misli Premyer Liqasının VII turunda bu gün daha bir oyun baş tutacaq.
Sporaz.tv xəbər verir ki, “Turan Tovuz” klubu doğma meydanda “Araz Naxçıvan”la qarşılaşacaq.
Tovuz Şəhər Stadionunda keçiriləcək görüş 18:00-da start götürəcək. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Hazırda “Turan Tovuz” 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 5-ci yerdə olan “Araz-Naxçıvan”ın isə 10 xalı var.