Bu gün “Turan Tovuz” “Araz Naxçıvan”ı qəbul edəcək

Bakı, 20 sentyabr, Sporaz.tv


Misli Premyer Liqasının VII turunda bu gün daha bir oyun baş tutacaq.

Sporaz.tv xəbər verir ki, “Turan Tovuz” klubu doğma meydanda “Araz Naxçıvan”la qarşılaşacaq.

Tovuz Şəhər Stadionunda keçiriləcək görüş 18:00-da start götürəcək. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək. 

Hazırda “Turan Tovuz” 14 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 5-ci yerdə olan “Araz-Naxçıvan”ın isə 10 xalı var.

Leave a Reply