“Bu gün transfer görüşümüz var”

Bakı, 3 avqust, Sporaz.tv

GalatasaraySuperkubokda “Beşiktaş“la qarşılaşacaq. Nəhəng matçdan əvvəl “Galatasaray”ın baş məşqçisi Okan Buruk açıqlamalar verib.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının çempionu “Galatasaray” və “Ziraat” Türkiyə Kubokunun çempionu “Beşiktaş” Superkubokda üz-üzə gəlib.

Atatürk Olimpiya Stadionunda oynanılacaq matçdan əvvəl “A Spor”a açıqlama verib.

“Ötənilki çempionat çox vacib və dəyərli idi. Qarşılaşma başa çatdıqdan sonra qarşımıza 25-ci çempionat hədəfini qoymuşduq. Bu istiqamətdə çalışdıq. Komanda olaraq psixoloji cəhətdən hazırıq. Həm bu matça, həm də kuboka önəm veririk. Hər iki komandaya qarşı çox əhəmiyyətli bir matç gözləyirik Yaxşı bir komandamız var, bu gün geri dönən bir komandamız var. Çətin matçdır, amma biz oyunu düzgün şəkildə bitirmək istəyirik”.

“Galatasaray”ın gənc müdafiəçilərindən Metehan Baltacı “Galatasaray olaraq Super Liqa və Superkubok çempionuyuq. Final mərhələsinin komandasıyıq. Kuboku qazanıb mövsümə yaxşı başlamaq istəyirik” dedi.

Bahar Rüstəm