Bu gün “Qarabağ” “Səbail”i qəbul edəcək

Bakı, 14 sentyabr, Sporaz.tv

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək.

Sporaz.tv xəbər verir ki,  xəbər verir ki, günün ilk matçı Şamaxıda yerli komanda ilə “Sumqayıt” arasında olacaq. Görüş saat 16:30-da başlayacaq.

Hazırda “gənclik şəhəri” təmsilçisi 6 xalla 6-cı, bölgə klubu isə 5 xalla 7-ci pillədə qərarlaşıb.

Günün son oyununda “Qarabağ” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Matçın start fiti saat 19:00-da veriləcək.

Ağdam klubu 9 xalla 3-cü, bakılılar isə 4 xalla 8-cidir.

Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

Leave a Reply