Bakı, 27 oktyabr, Sporaz.tv
Bu gün Misli Premyer Liqasında XI tura yekun vurulacaq.
Sporaz.tv xəbər verir ki, günün ilk qarşılaşmasında “Neftçi” “Sabah”-la üz-üzə gələcək. “Bank Respublika Arena”da baş tutacaq matç saat 17:00-da start götürəcək.
Matçı Tural Qurbanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. “Sabah” 16 xalla beşinci, “ağ-qaralar” 8 xalla səkkizinci pillədə qərarlaşıb.
Tura “Qarabağ” – “Şamaxı” oyunu ilə yekun vurulacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq. Bu qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.
Ağdam təmsilçisi 24 xalla liderdir. Qonaqlar 12 xalla altıncıdır. Hər iki komandanın ehtiyatda bir oyunu da var.