Bu gün Misli Premyer Liqasında VIII tura yekun vurulacaq

Bakı, 29 sentyabr, Sporaz.tv

Bu gün Misli Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

Sporaz.tv xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq görüş, saat 16:00-da başlayacaq.

Turun son qarşılaşmasında “Qarabağ” və “Sabah” üz-üzə gələcək. Oyuna saat 19:00-da “Azərsun Arena”-da start veriləcək. 

Leave a Reply