Bu gün Madrid derbisi baş tutacaq

Bakı, 29 sentyabr, Sporaz.tv

Bu gün İspaniya La Liqasının VIII turunda Madrid derbisi keçiriləcək.

Sporaz.tv xəbər verir ki, “Real” “Atletico“nun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Meydan sahibləri 15 xalla üçüncü, “kral klubu” 17 xalla ikinci pillədə qərarlaşıb.

“Atletico”da César Azpilicueta, Pablo Barrios və Tomad Lemar zədəlidir. Qonaqlarda isə Kylian Mbappe, Brahim Diaz, Dani Ceballos, David Alaba eyni səbəbdən matçı buraxmalı olacaqlar.

Leave a Reply