Bu gün Konfrans Liqasının qalibi müəyyən olacaq

Bakı,27 may,Sporaz.tv

Bu gün UEFA Avropa Konfrans Liqasında 2023-2024-cü illər mövsümünün qalibi bəlli olacaq.

Yerli media xəbər verir ki, Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən “AEK Arena”da oynanılacaq final görüşündə yerli komanda “Olimpiakos Pirey(Olimpiakos)”la İtaliya təmsilçisi “ACF Fiorentina(Fiorentina)” üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Matçı portuqaliyalı referi“Artur Soares Dias (Artur Diaş)” idarə edəcək.

Mənbə:Azərtac