Bakı, 28 sentyabr, Sporaz.tv
Bu gün İspaniya La Liqasının VIII turunda Madrid derbisi keçiriləcək.
Sporaz.tv məlumat verir ki, “Real” “Atletico“-nun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Meydan sahibləri 15 xalla üçüncü, “kral klubu” 17 xalla ikinci pillədə qərarlaşıb.
“Atletico”-da Sesar Aspilikueta, Pablo Barrios və Tomad Lemar zədəlidir. Qonaqlarda isə Kylian Mbappe, Brahim Dias, Dani Sebalyos David Alaba eyni səbəbdən matçı buraxmalı olacaqlar.