Bakı, 2 iyun, Sporaz.tv
Bu gün Azərbaycan Kubokunda final oyunu keçiriləcək.
Sporaz.tv xəbər verir ki, “Liv Bona Dea Arena”da oynanılacaq matçda “Qarabağ” və “Zirə” komandaları üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
Paytaxt və bölgə təmsilçilərinin ölkə kubokunda yolu yalnız bir dəfə kəsişib. İki il əvvəlki finalın 120 dəqiqəsi qollu heç-heçə ilə bitib və mükafatın sahibi penaltilərlə müəyyənləşib.