Bu gün Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşacaq

Bakı, 31 may, Sporaz.tv

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Yerli media xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda səfərdə Türkiyə yığması ilə üz-üzə gələcək. “Erzincan 13 Şubat (Ərzincan 13 Şubat)” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.

31 May

21:00. Türkiyə – Azərbaycan

Baş hakim: Aleksandra Kollin

Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar

Dördüncü hakim: Klemens Qonçalves

“Erzincan 13 Şubat (Ərzincan 13 Şubat)” stadionu

Qeyd edək ki, qrup mərhələsinin ilk iki turundan sonra Türkiyə yığmasının 3, Azərbaycan millisinin isə 1 xalı var.

Mənbə:Azərtac