Bakı, 31 may, Sporaz.tv
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Yerli media xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda səfərdə Türkiyə yığması ilə üz-üzə gələcək. “Erzincan 13 Şubat (Ərzincan 13 Şubat)” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.
31 May
21:00. Türkiyə – Azərbaycan
Baş hakim: Aleksandra Kollin
Baş hakimin köməkçiləri: Elodie Koppola, Klotilde Brassar
Dördüncü hakim: Klemens Qonçalves
“Erzincan 13 Şubat (Ərzincan 13 Şubat)” stadionu
Qeyd edək ki, qrup mərhələsinin ilk iki turundan sonra Türkiyə yığmasının 3, Azərbaycan millisinin isə 1 xalı var.
Mənbə:Azərtac