Bakı, 31 oktyabr, Sporaz.tv
Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
Sporaz.tv xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə meydana “İmişli” və “Cəbrayıl” komandaları çıxacaq. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda reallaşacaq oyunun start fiti saat 14:00-da səslənəcək.
Saat 15:00-da isə “Qəbələ” “Baku Sportinq”i qəbul edəcək. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında “Turan Tovuz” “Hypers Guba”nı 7:2, MOİK “Şimal”ı 3:1, “Araz -Naxçıvan” “Şahdağ Qusar”ı 4:0, “Kəpəz” “Ağdaş”ı, “Səbail” “Dinamo”nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” “Karvan”ı 3:0, “Difai” isə “Şəfa”nı 3:2 hesabı ilə qabaqlayaraq 1/8 finala yüksəlib.