Bakı, 22 iyul, Sporaz.tv
Bu gün Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bu gün keçiriləcək püşkatma mərasimindən sonra Fenerbahçe (Fənərbaxça), “Trabzonspor” və “Başakşehir“in mümkün rəqibləri müəyyənləşəcək.
Sporaz.tv xəbər verir ki, UEFA-nın təşkilatçılığı ilə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin İsveçrədə püşkatma mərasimi keçiriləcək.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq püşkatmada üç klubumuz – “Zirə”, “Sumqayıt” və “Sabah”ın potensial rəqibləri bəlli olacaq.
Fenerbahçe (Fənərbaxça)-nın Çempionlar Liqasında, “Trabzonspor”un isə Avropa Liqasındakı mümkün rəqibləri püşkatmadan sonra müəyyənləşəcək.
Konfrans Liqasında yer alan “Başakşehir” növbəti mərhələyə yüksəlsə, rəqibi müəyyənləşəcək.
Fenerbahçe (Fənərbaxça), UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında sabah “Lugano” ilə qarşılaşacaq. Sarı-göylü komandanın revanş oyunu iyulun 30-da İstanbulda, baş tutacaq.
UEFA Avropa Liqasında mübarizə aparan “Trabzonspor” cümə axşamı ilk matçında “Ruzomberok”la qarşılaşacaq. Tünd-göylər avqustun 1-də keçiriləcək revanş oyununda rəqibini qəbul edəcək.
Avropa Konfrans Liqasında mübarizə aparan Başakşehir 2-ci təsnifat mərhələsinin ilk matçında cümə axşamı günü “La Fiorita”nı qəbul edəcək. Qarşılaşmanın cavab görüşü avqustun 1-də keçiriləcək.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq “Galatasaray“ın rəqibi avqustun 5-də müəyyənləşəcək.
Avropa Liqasında qruplara vəsiqə qazanmaq üçün pley-offda mübarizə aparacaq “Beşiktaş”ın rəqibi də həmin gün müəyyənləşəcək.
Avrokubokların püşkatma saatları belədir:
Çempionlar Liqası: 15:00
Avropa Liqası: 16:00
Konfrans Liqası: 17:00