Bruno Fernandes “Manchester United”də qalmaq istəyir

Bakı,16 may,Sporaz.tv

Manchester United”in kapitanı Bruno Fernandes ona qarşı irəli sürülən transfer iddialarına cavab verib və klubu onu buraxmadığı müddətcə Premyer Liqa komandasında qalmaq istədiyini bildirib.

29 yaşlı futbolçu “Məni istəsələr, qalacam” deyib.Fernandes 2020-ci ildə Sporting Lissabondan United-ə qatılıb və müqaviləsinin bitməsinə iki il qalıb, lakin bu yay Almaniya nəhəngi Bayern Munich və İtaliya çempionu İnter Milanın transfer siyahısında olduğu iddia edilir.

“Klub məni istəməyənə qədər buradayam” dedi Fernandes.”Məni istəməsələr, gedəcəm””Mənə elə gəlir ki, klub mənim gələcəyin bir parçası olmağımı istəyir, buna görə də həmişə dediyim kimi, klubun istəmədiyi bir oyunçu olmaq istəmirəm. Əgər məni istəmirlərsə. Hər hansı səbəbdən, mən gedəcəm”.

“Manchester United” bu mövsüm liqada 14 dəfə uduzub ki, bu, Premyer Liqanın başlanğıcından bəri ən pis göstəricisidir. Bununla belə, çərşənbə günü son ev oyununda “Newcastle United”i 3-2 hesabı ilə məğlub edərək, Avropa ümidlərini yaşatdılar.

Onlar xal cədvəlində səkkizincidirlər, lakin yeddinci yerdə olan Newcastle  (57) ilə eyni xala malikdirlər.

Klubda gələcəyi qeyri-müəyyən olan məşqçi Erik ten Hagda klubun Fernandes komandada saxlamaq istədiyinə şübhə olmadığını bildirib. “Klub mütləq Brunonu komandada saxlamaq istəyir. Düşünürəm ki, buna heç bir şübhə yoxdur”, – hollandiyalı jurnalistlərə bildirib.

“Zədələrinə baxmayaraq, o, komandaya nümunədir”,”O, hər zaman əlindən gələnin ən yaxşısını verir. Zədələrinə baxmayaraq, komandaya nümunə olur. Futbolu sevir və qalib gəlmək istəyir. Mövsüm boyu onun çıxışından çox razıyam, çünki ətrafındakı çoxlu oyunçu zədələnəndə onun üçün asan deyil. və o, hər dəfə komandanı daşımalıdır”.“Manchester United” liqa kampaniyasını bazar günü 10-cu yerdə qərarlaşan “Brighton & Hove Albion”la, ardınca isə mayın 25-də “Uembli”də rəqib “Manchester City” ilə İngiltərə Kubokunun finalı ilə yekunlaşdıracaq.