Bronckhorst: Bildiyim tək şey kuboklar qazanmaqdır

Bakı,14 iyun,Sporaz.tv

“Beşiktaş” baş məşqçi təyin etdiyi Giovanni van Bronkhorst üçün imza mərasimi keçirib. Mərasimdə çıxış edən Bronckhorst, “Mənim bildiyim tək şey çempionluqlar və kuboklar qazanmaqdır”. Başçı Hasan Arat transfer işləri haqqında məlumat verdi.

Sporaz.tv xəbər verir ki, Tüpraş stadionunda keçirilən mərasimdə ağ-qara klubun prezidenti Hasan Arat və idarə heyətinin üzvləri iştirak edib. Mərasimdə direktorlar şurasına məsləhətçi təyin olunan Brad Fridel və hollandiyalı məşqçinin köməkçisi Jan-Pol van Gastel də qatılıb.

Prezident Arat açıqlamasında, Giovanni van Bronckhorst-un uğurları ilə özünü sübut edən bir məşqçi olduğunu ifadə edərək, “Məqsədlərimizə bir addım daha yaxınlaşmaq üçün vacib bir imza mərasimində bir araya gəldik. Van Bronkhorst kritik əhəmiyyətə malik bir addır. Klubumuzun gələcəyi üçün o, hamınızın tanıdığı və hörmət etdiyi bir futbol adamıdır. Beşiktaş üçün bu qərarı verdi.

Vüqar ALIŞOV