“Brighton”un futbolçusundan üzücü xəbər

Bakı, 29 avqust, Sporaz.tv

Brighton (Brayton)-un Celtic (Seltik)-dən 30 milyon funt-sterlinqə götürdüyü Matt O’Riley zədələnib. Futbolçu, aylarla meydanlardan uzaq ola bilər.

Sporaz.tv xəbər verir ki, Brighton (Brayton)-un “Crawley Town” ilə oynadığı Liqa Kuboku matçında topuqdan zədələnən Matt O’Riley, aylarla yaşıl meydanlardan uzaq qalacaq. İngiltərə yığmasının baş məşqçisi Hürzeler məsələ ilə bağlı açıqlamasında çox təəssüfləndiyini bildirib.

Crawley Town matçında yalnız 9 dəqiqə meydanda qala bilən O’Rayli zədəsi səbəbindən oyunu tərk etməli olub. Topuğundan zədə alan futbolçunun əməliyyat olacağı bildirilib.

“Brighton”un baş məşqçisi Fabian Hürzeler verdiyi açıqlamada: “Dünən onunla kiçik bir söhbət etdim. Təbii ki, o, yaxşı vəziyyətdə deyil və çox məyusdur. Amma o, çox pozitiv oğlandır. Dərhal gələcəyə baxır və tezliklə daha güclü bir vəziyyətdə geri dönəcəyini deyir.”-dedi.