“Brighton”un baş məşqçisi Fabian Hürzeler Premyer Liqa tarixinə düşüb

Bakı, 13 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqasında çıxış edən “Brighton“(Brayton) komandasını çalışdıran Fabian Hürzeler, avqustun ən yaxşı məşqçisi seçilib. Hürzeler, Premyer Liqa tarixində bu mükafatı qazanan ən gənc məşqçi oldu.

Sporaz.tv məlumat verir ki, Premyer Liqa karyerasına yaxşı başlayan Fabian Hürzeler, avqustun ən yaxşı məşqçisi adına layiq görülüb.

Liqanın internet saytında verilən açıqlamada Hürzelerin avqust ayında göstərdiyi performansa görə mükafata layiq görüldüyü bildirilib.

Hürzeler qazandığı mükafatla bağlı: “Bunu qazanmaq həmişə xoşdur, çünki bu, əməyinin mükafatıdır. Bu, təkcə mənim işimlə deyil, həm də bütün klubun, texniki heyətin və komandanın əməyi sayəsində oldu. İndi növbəti mükafatı qazanmağın vaxtıdır”- dedi.

Fabian Hürzeler, Premyer Liqa tarixində bu mükafatı qazanan ən gənc məşqçi olub.

31 yaşlı məşqçi, həm də “Tottenham”-da Ange Postecoglou-dan sonra komandası ilə ilk ayında bu mükafatı qazanan ilk şəxs kimi qeyd olunur.

Mikel Arteta, Pep Guardiola və Arne Slot avqustun ən yaxşı məşqçisi mükafatına namizədlər arasında idi.

Leave a Reply