Brightondan Ferdi Kadıoğlu qərar verdi

Bakı, 20 avqust, Sporaz.tv

Ferdi Kadıoğlunu transfer etmək üçün çox çalışan Brighton cəbhəsi, “Fenerbahçe“(Fənərbaxça) ilə danışıqların uzandığını düşünür. Premyer Liqa komandası, bu vəziyyət qarşısında yeni addım atmağa hazırlaşır.

Sporaz.tv məlumat verir ki, Ferdi Kadıoğlunun “Brighton“a transferi “Fenerbahçe”də gözlənildiyi halda, İngiltərə komandası da danışıqların bitməsini və transferin reallaşmasını istəyir.

Danışıqların çox uzun sürdüyünü düşünən “Brighton”, bu həftə ərzində “Fenerbahçe” rəhbərliyi ilə rəsmi əlaqə saxlayacaq.

İngiltərə komandası, Fenerbahçedən son şərtlərini soruşacaq və 35 milyon avroya transferi yekunlaşdırmaq istəyəcək.

Fenerbahçe bu rəqəmi bonuslarla artırmağa çalışır.

Ötən gün Ferdi Kadıoğlunun Brightonun müqavilə şərtlərini qəbul etdiyini bildirib.

Ferdi Kadıoğlu bu mövsüm 5 matçda meydana çıxıb, 298 dəqiqə meydanda olub və 1 qola töhfə verib.