“Brighton”dan Ferdi Kadıoğlu açıqlaması

Bakı, 12 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqa komandası “Brighton“un baş məşqçisi Fabian Hürzeler Ferdi Kadıoğlunun həftə sonu oynanılacaq “Ipswich Town” matçında oynaya biləcəyini bildirib.

Sporaz.tv xəbər verir ki, Premyer Liqanın 4-cü həftəsinə sentyabrın 14-ü cümə günü keçiriləcək “Southampton” – “Mançester Yunayted” matçı ilə start veriləcək.

Həmin gün liqada “Brighton” doğma meydanda “Ipswich Town”u qəbul edəcək.

Şənbə günü oynanacaq matçdan əvvəl Brighton baş məşqçisi Fabian Hürzeler mətbuat konfransında sualları cavablandırdı.

Komandanın yeni transferlərindən olan Ferdi Kadıoğlu haqqında danışan Hürzeler, “Ferdinin bu həftə sonu ilk matçına çıxması mümkündür” dedi.

“Fənərbağça”dan “Brighton”a keçdikdən sonra zədə alan Ferdi Kadıoğlu millinin heyətində yer almayıb.

Türkfutbolçunun zədəsini sağaltdığı müddətdə onun “Ipswich Town” matçı üçün heyətdə olacağı gözlənilir.

İngiltərə Premyer Liqasında 3 həftədən sonra “Brighton” liqada məğlub olmayan 6 komandadan biridir.

Mövsümün ilk oyununda səfərdə “Everton”u 3:0 hesabı ilə məğlub edən “Brighton”, daha sonra “Manchester United”i məğlub edib və beynəlxalq fasilədən əvvəlki son matçda “Arsenal”la heç-heçə edib.

Bu prosesdə Brighton İngiltərə Liqa Kubokunda “Crawley Town”u 4-0 məğlub etdi və 3-cü tura yüksəldi.

Bahar Rüstəm

Leave a Reply