“Brighton”da Ferdi Kadıoğlunun ilk qolu

Bakı, 19 sentyabr, Sporaz.tv

“Fenerbahçe”(Fənərbaxça)-dən rekord qiymətə “Brighton“-a transfer olunan Ferdi Kadıoğlu, İngiltərə komandasının heyətində ilk qolunu Liqa Kuboku matçında “Wolverhampton“(Vulverhempton)-la matçda vurub.

Sporaz.tv məlumat verir ki, İngiltərə Liqa Kubokunun 3-cü turu matçında “Brighton & Hove Albion”, “Wolverhampton”-u qəbul edib. “The American Express” stadionunda keçirilən oyunda meydan sahibləri 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

“Brighton”(Brayton)-u tura çıxaran qolları 14-cü dəqiqədə Carlos Baleba, 31-ci dəqiqədə Simon Adingra və 85-ci dəqiqədə Ferdi Kadıoğlu vurub. Gonçalo Guedes və 44-cü dəqiqədə 90+1. Thomas Doylun dəqiqədə vurduğu qollar “Wolverhampton”-a yetərli olmayıb.

Fenerbahçe“-dən “Brighton”-un 30 milyon avroya transfer etdiyi Ferdi Kadıoğlu matça ehtiyat oyunçular skamyasında başlayıb. Ferdi 82-ci dəqiqədə Yankuba Mintehi əvəzlədiyi halda, 3 dəqiqə sonra “Wolverhampton” fərqlənib. Türkiyəli futbolçu yeni komandası ilə ikinci rəsmi matçında ilk qolunu vurub.

Leave a Reply