Brighton-dan rekord transfer

Bakı, 20 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqa komandalarından olan  Brighton (Brayton), Leeds United (Lids Yunayted)-dən Georginio Rutteri heyətinə qatıb. Brighton (Brayton), bu transferlə klub rekordunu qırıb.

Sporaz.tv xəbər verir ki, Premyer Liqa təmsilçisi Brighton (Brayton), yeni hücumçusunu rəsmən açıqlayıb.

Klubdan verilən açıqlamada, 22 yaşlı futbolçu Georginio Rutter ilə 5 illik müqavilə imzalandığı bildirilib.

Rutter, Brighton-un bu yay transfer pəncərəsində heyətinə qatdığı yeddinci ad oldu.

Brighton, Georginio Rutter üçün Leeds United-ə 40 milyon funt-sterlinq məbləğində sərbəst buraxılma maddəsi ödəyib.

Beləliklə, Brighton (Brayton) klub tarixinin ən bahalı transferini həyata keçirib.

Premyer Liqa komandasının bu yay 7 transfer üçün ödədiyi ümumi transfer haqqı 145 milyon funt-sterlinqə yaxınlaşıb.