Bakı, 17 noyabr, Sporaz.tv
“Fenerbahçe” yeni müqavilə üçün danışıqlar apardığı Bright Osayi-Samuelin transfer qiymətini müəyyən edib. “Sarı-göylü” komanda Osayi-Samuelin transferi üçün aldıqları məbləğin 40 mislini tələb edir.
Sporaz.tv xəbər verir ki, Bright Osayi-Samuel daxili transferlərdə sıx günlər keçirən “Fenerbahçe”də hədəflənən adlardan biridir.
Bir müddətdir ki, nigeriyalı sağ cinah müdafiəçisi ilə yeni müqavilə üçün danışıqlar aparan “Fenerbahçe” Osayi-Samueldən cavab gözləyir.
Digər tərəfdən, 26 yaşlı futbolçu ilə təmaslar davam edərkən prezident Ali Koç da işə başlayıb. Türkiyə qəzeti bu yaxınlarda Ali Koçun Osayi-Samuelin atası ilə yemək yediyini yazıb.
Xəbərdə danışıqların müsbət keçdiyi və “Fenerbahçe”nin Osayi-Samuelə illik 2 milyon avro təklif etdiyi bildirilib.
Bu arada “Fenerbahçe” İngiltərə klubları ilə anlaşdığı Bright Osayi-Samuelin transfer qiymətini müəyyən edib.
“Sarı-göylü” komanda nigeriyalı futbolçudan ən azı 20 milyon avro transfer gəliri gözləyir.
Sözügedən rəqəm üçün transfer reallaşarsa, “Fenerbahçe” futbolçunu aldığı qiymətin 40 qatına göndərəcək.
Osayi Samuel 2020-21 mövsümünün ara transfer dövründə 500 min avroya transfer olunub.
Bahar Rüstəm