Böyük matçdan əvvəl Raheem Sterling sürpriz qərarı

Bakı, 18 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqasının ilk həftəsində keçirilən “Chelsea“(Çelsi) – “Manchester City“(Mançester Siti) matçı öncəsi Raheem Sterling üçün gözlənilməz hadisə baş verib. Enzo Maresca, Raheem Sterlingi komandadan kənarlaşdırdı.

Sporaz.tv məlumat verir ki, İngiltərə Premyer Liqasının ilk həftəsində “Chelsea”, “Manchester City”ni qəbul edib. Komandada gələcəyi maraq doğuran Raheem Sterlinqlə bağlı matçdan əvvəl sürpriz qərar verilib.

“Chelsea”nin baş məşqçisi Enzo Maresca, “Manchester City” ilə matçda Raheem Sterlingi heyətə daxil etməyib. Zədəsi olmayan təcrübəli futbolçu, texniki heyətin qərarı ilə heyətə daxil edilməyib.

Enzo Mareska açıqlamasında qərarın texniki olduğunu bildirib: “Bununla bağlı deyiləcək bir şey yoxdur. Məşqçilər qərar vermək üçün maaş alırlar. Bəzən bu qərarlar futbolçuların xoşuna gəlməyə bilər”- deyib.

Rahim Sterlinq yeni mövsümdən əvvəl keçirilən bütün yoldaşlıq görüşlərində iştirak edib.

29 yaşlı futbolçunun “Chelsea” ilə daha 3 illik müqaviləsi var.