Böyük düşün, böyük oyna

Bakı,1 iyun,Sporaz.tv

Edin Terzicin uğur hekayəsi:

Bu gün 1 iyun şənbə günüdür. Bu axşam Çempionlar liqasının finalın turunda “Borussia Dortmund” – “Real Madrid“lə qarşılaşacaq.
“Borussia Dortmund”un gözləmə yerində heç də yad olmayan bir şəxs dayanıb. Bir zamanlar “Beşiktaş“da köməkçi məşqçi kimi çalışan Edin Tezic indi “Borussia Dortmund”un baş məşqçisi kimi burdadır. 2012-ci ildə “Borussia Dortmund” Bundesliga çempionu olanda o akademiyanın yetişdirdiyi gənc yığmanın məşqçisi idi.

Terzic İdman Elmləri üzrə təhsil aldığı Bochum Ruhr Universitetinin məzunudur. Futbolçu karyerasını Almaniyada keçirən xorvatiyalı baş məşqçi, ilk məşqçilik təcrübəsini “Dortmund”un U-16 komandası ilə yaşayıb. 2010-2013-cü illər arasında Terziç “Borussia Dortmund”un gənclər akademiyasında skaut və köməkçi məşqçi kimi çalışıb.

2013-2015-ci illərdə “Beşiktaş”da və 2015-2017-ci illərdə” West Ham United”də Slaven Biliç ilə yolları kəsişib. 4 il onun köməkçisi kimi çalışıb. Terziçin Biliç ilə əməkdaşlığı Avro 2012-də İrlandiya-Xorvatiyanın matçı üçün rəqib analizini təqdim etdiyi zaman başlayıb. Təhlildən razı qalan Biliç ona “Lokomotiv Moskva”da baş məşqçi köməkçisi kimi qoşulmağı təklif edib, lakin razılaşma uğursuz oldu. Bilic, Terzicə bir daha “Beşiktaş”da ona qoşulmağı təklif edib. Terzic “Borussia Dortmund” ilə məsləhətləşdikdən sonra bu təklifi qəbul edib.

2018-ci ildən Terzic İngiltərədə Futbol Assosiasiyasının 18 aylıq kursunu bitirdikdən sonra UEFA Pro Lisenziyasını qazanıb.
Terzic 2018-ci ildə Lucien Favre baş məşqçi təyin edildikdən sonra əsas komandanın köməkçi məşqçi kimi “Borussia Dortmund”a qayıdıb. 2021-22 mövsümü üçün köməkçi menecer vəzifəsinə qayıtmaq əvəzinə baş məşqçi vəzifəsinə keçdi. Mövsümün sonunda Marco Rouz qarşılıqlı razılıq əsasında ayrıldıqdan sonra Terzic 2025-ci ilə qədər müqavilə imzalayaraq daimi əsaslarla yenidən menecer təyin edildi.

2023-24-cü illərdə Terziç “Borussiya Dortmund”u uğurla Çempionlar Liqasının finalına çıxararaq, yarımfinalda “Paris Saint-Germain“i ümumi hesabda 2-0 məğlub etdi. Nəticə etibarı ilə “Borussia Dortmund” 11 ildən sonra finaldadır. Finalın ən böyük memarlarından biri də odur. “Borussia Dortmund” 1997-ci ildə finalda “Juventus“a qalib gələrək çempion olub. Lakin, 2013-cü ildə “Bayern Munich“ə məğlub olaraq çempionluğu itirib.

Bahar Rüstəm