Boupendzanin yeni ünvanı bəlli oldu

Bakı, 8 sentyabr, Sporaz.tv

Aaron Boupendzanın yeni ünvanı Misir oldu. Təcrübəli futbolçu “Zamalek“lə 3 illik müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki,Bir müddət Super Liqada “Hatayspor”da çıxış edən və bombardiri olan Aaron Bupendza yeni komandası ilə müqavilə imzalayıb.

Superliqa komandaları ilə də adı hallanan qabonlu hücumçu Misir Liqası komandalarından olan “Zamalek”lə 3 illik müqavilə imzalayıb.

“Hatayspor”da oynadığı 2020-2021 mövsümündə liqada 22 qol vuran Boupendza o vaxt “Galatasaray” və “Fenerbahçe” ilə xatırlanırdı.

Aaron Boupendza eyni mövsümün sonunda 4,5 milyon avroya ” Al Arabi”yə transfer olunub. Karyerasının böyük hissəsini Qətərdə zədələyən hücumçu 19 matçda 9 dəfə fərqlənib. Boupendza 2022-2023-cü illərdə “Al-Shabab”a 7 milyon avroya transfer olub. 28 yaşlı futbolçu burada keçirdiyi 36 matçda 17 qol vurub, 7 məhsuldar ötürmə edib. Qabonlu ulduz ötən mövsümün əvvəlində MLS komandalarından biri olan “Cincinnati” ilə 6,5 milyon avroluq müqavilə imzalamışdı. Boupenza ABŞ yığmasında 17 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. “Cincinnati” Boupendza ilə müqaviləni ləğv etdi.

Bahar Rüstəm

Leave a Reply