Boupendza üçün Super Liqa iddiası

Bakı, 9 avqust, Sporaz.tv

Hatayspor”dakı performansı ilə parlayan Aaron Boupendza, çıxış etdiyi MLS komandası “Cincinnati FC” ilə yollarını ayırıb. Qabonlu hücumçunun adı Superliqadan 2 komanda ilə hallanır.

Sporaz.tv məlumat verir ki, bir müddət “Hatayspor”da çıxış edən Aaron Bupendza, 2021-ci ildə Qətərin “Al-Arabi” komandasına transfer olunub.

Buradakı macərası 1 il davam edən Boupendza daha sonra Səudiyyə Ərəbistanına gedərək “Al-Shabab” formasını geyinib.

28 yaşlı futbolçunun Cincinnatidəki macərası 1 il davam edib.

Boupendza üçün Göztepe və Kasımpaşa iş başında.

Digər tərəfdən, futbolçuya Yunanıstandan AEK və PAOK-un da maraq göstərdiyi bildirilir.

Boupendza, ötən mövsüm Cincinnati FC-də 17 matçda iştirak edib.

Təcrübəli mərkəz hücumçusu bu görüşlərdə 3 qol vurub, 1 məhsuldar ötürmə edib.