“Boston Celtics” növbəti qələbəsini qazanıb

Bakı, 24 may, Sporaz.tv

Milli Basketbol Assosiasiyasında (NBA) pley-off mərhələsinin növbəti oyunu keçirilib.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, “Boston Celtics” və “İndiana Peysers” komandaları Şərq Konfransının final seriyasının ikinci oyununda üz-üzə gəliblər.

Görüş Boston təmsilçisinin 126:110 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahibləri bu nəticə ilə seriyada üstünlüyü artırıblar – 2:0.

Qalib komandanın heyətində Ceylen Braun 40 xal, 5 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Komandalar arasında üçüncü qarşılaşma mayın 26-da baş tutacaq.