Boston Celtics ardıcıl üçüncü dəfə finalda

Bakı ,16 may, Sporaz.tv

Boston Celtics, Amerika Basketbol Liqasının (NBA) Şərq Konfransının yarımfinalında Klivlend Kavalersi 113-98 hesabı ilə məğlub edərək, seriyanı 4-1 qazanaraq finala yüksəlib.

Sporaz.tv xəbər verir ki,  NBA-nın pley-off mərhələsi iki qarşılaşma ilə davam edib. Celtics, bütün ulduz oyunçu Ceyson Tatumun 25 xal, 10 ribaund və 9 asist performansı ilə seriyanın qalibi olub və ardıcıl üçüncü dəfə konfrans finalına yüksəlməyi bacarıb.

Celtics-də Al Horford 22 xal, 15 ribaund, 5 asist, Derrik Uayt 18 xal, 6 asist, Jrue Holiday 13 xal, 4 asist, 3 ribaundla oynadı.

Cavaliers-in heyətində Evan Mobli 33 xal, 7 ribaund, Marcus Morris 25 xal, 3 ribaund, Maks Strus 12 xal, 9 asist və 7 ribaundla yadda qalıb.

“Seltiks” konfransın finalında Nyu-York Knicks – İndiana Pacers qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

Vüqar ALIŞOV