Bakı, 5 oktyabr, Sporaz.tv
Bosniya və Herseqovina Futbol Federasiyası daşqın səbəbindən bu həftəsonu baş tutacaq ölkə çempionatının bütün oyunlarını təxirə salıb.
Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmaların hansı tarixlərlərdə keçiriləcəyi açıqlanmayıb.
Ölkədə baş verən təbii fəlakət nəticəsində 14 nəfərin öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirib.