“Borussia Dortmund” – “Real Madrid” statistika

Bakı, 13 may, Sporaz.tv

Nəhənglər Liqası adlandırılan Çempionlar Liqasının finalçıları “Borussia Dortmund” və “Real Madrid” komandaları olub.

Hamının səbrsizliklə gözlədiyi və ekran başında maraqla izləyəcəyi qarşılaşma 1 iyun Bakı vaxtı ilə 23:00-da keçiriləcək. Gəlin, Çempionlar Liqasında “Real Madrid” və “Borussia Dortmund” cütünün bu günə kimi olan qarşılaşmalarının statistikalarına baxaq.

Bu 2 komanda 1998-ci ildən bəri 14 dəfə qarşılaşıb, bunlardan 6sı “Real Madrid”in, 3ü” Borussia Dortmund”un qələbəsi ilə, 5i isə tərəflərinin bərabərliyi ilə başa çatıb. 1 aprel 1998-ci ildə keçirilən ilk oyun “Real Madrid”in 2:0 üstünlüyü ilə yekunlaşıb. Bu günə kimi bir-biriləri ilə keçirilən qarşılaşmalarda “Real Madrid” ümumilikdə 24 qol, “Borussia Dortmund” isə 19 qol vurub. Ən çox qol vuran oyunçu siyahısında “Real Madrid”in sabiq oyunçusu Cristiano Ronaldo 7 qolla 1cidir. Tərəflər sonuncu dəfə 2017-2018 mövsümündə H qrupunda qarşılaşıblar.

Xatırladaq ki, “Borussia Dortmund” 1 dəfə Çempionlar Liqası kuboku qazandığı halda, “Real Madrid” bu kuboku hamıdan çox, yəni 14 dəfə qazanan yeganə klubdur. “Real Madrid” turnir UEFA Avropa Çempionlar Kuboku adlanan zaman 5 dəfə arxa-arxaya, UEFA Çempionlar Liqası adı altında keçirilməyə başlayandan sonra isə 3 dəfə ardıcıl qazanan yeganə klubdur.

Dinarə Ağayeva