“Borussia Dortmund” azarkeşlərindən sponsorluq müqaviləsinə reaksiya

Bakı, 21 avqust, Sporaz.tv

Borussia Dortmund” azarkeşləri klubun silah istehsalçısı Rheinmetall ilə sponsorluq müqaviləsinə etiraz edəcəklər. Azarkeşlər mövsümün ilk oyununda “Eintracht Frankfurt” ilə razılaşmaya reaksiyalarını göstərmək üçün tribunalarda pankartlar açacaqlar.

Sporaz.tv xəbər verir ki, “Borussia Dortmund” azarkeşlərinin silah istehsalçısı “Rheinmetall” ilə bağlanan sponsorluq müqaviləsinə etiraz edəcəkləri bildirilib. Südtribüne (South Tribune) partiyalar birliyi tərəfindən yayımlanan və bir çox azarkeş qrupu tərəfindən imzalanan bəyanatda klubun “Rheinmetall” ilə sponsorluq müqaviləsinə reaksiya verilib.

Bəyanatda vurğulanıb ki, klub rəsmiləri və bütün idarə heyəti “Borussia Dortmund”un silah şirkətinin ictimai imicini yaxşılaşdırmaq üçün “təsir gücündən” istifadə etməsini və bu prosesdə öz dəyərlərindən imtina etməsini qəbul etməyi rədd edib.

“Borussia Dortmund”un avqustun 24-də mövsümün ilk matçında “Eintracht Frankfurt”a qarşı oynayacağı ilə bağlı açıqlamada sarı-qaralar “Rheinmetall”la bağlanan razılaşmadan narazılıqlarını stadiona daşımağa çağırılıb və onlardan plakatlar hazırlamaları istənilib.

“Borussia Dortmund” mayın sonunda silah istehsalçısı “Rheinmetall” ilə 3 illik sponsorluq müqaviləsi imzaladı və şirkət loqosunun Dortmund komandasının lisenziyalı məhsullarında, stadiondakı reklam lövhələrində və mətbuat konfranslarında yer alacağı bildirildi.

Bahar Rüstəm