“Borussia Dortmund” 4 qolla turu keçdi

Bakı, 17 avqust, Sporaz.tv

Almaniya kubokunda “Borussia Dortmund” “Phönix Lübeck“i 4:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Sporaz.tv xəbər verir ki, “Borussia Dortmund” Almaniya kubokunun ilk mərhələsinə fərqli qələbə ilə çıxıb.

Nuri Şahinin idarə etdiyi Dortmund klubu ilk hissədə 3-1 öndə olan qarşılaşmada 4-1 qalib gələrək növbəti mərhələyə yüksəlib.

Waldemar Anton, Emre Can, Julian Brandt ve Julien Duranville “Borussia Dortmund”a qələbə qazandıran qolları vurub. Ev sahibi “Phönix Lübeck”in yeganə qolu Obinna Johnson Iloka vurub.

Bundesliqanın ilk həftəsində “Borussia Dortmund” avqustun 24-də “Ayntraxt Frankfurt”la qarşılaşacaq.

Bahar Rüstəm