“Bordeaux” növbəti dəfə aşağı liqaya düşüb

Bakı, 23 iyul, Sporaz.tv

Çətin maliyyə dövrünü yaşayan Fransanın köklü klublarından olan “Bordeaux” Liqa 2-dən Milli Liqaya düşüb.

Sporaz.tv xəbər verir ki, Liqa 1-də 2021-2022-ci il mövsümünün sonunda aşağı liqaya düşən “Bordeaux” növbəti dəfə aşağı liqaya düşməyə məhkum edilib.

Klubdan verilən açıqlamada Maliyyə Nəzarəti Departamentinin verdiyi cəzaya etirazın geri götürüldüyü və liqaya düşmə sanksiyasının qəbul edildiyi bildirilib.

Sonuncu dəfə 2008-2009 mövsümündə Liqa 1-in çempionu olan “Bordeaux”nun 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku və 2 Fransa Super Kuboku var.