Bonucci futbolu tərk etmək qərarına gəldi

Bakı, 25 may, Sporaz.tv

Fenerbahçe“ya transfer olunan italiyalı müdafiəçi Leonardo Bonucci aktiv futbolçu karyerasını bitirmək qərarına gəlib. Məsələ ilə bağlı sarı-göylü komandadan açıqlama gəlib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin italiyalı müdafiəçisi Leonardo Bonucci aktiv futbolçu karyerasını başa vurur.

Sarı-göylü klubdan edilən açıqlamaya görə, Can Bartu Təsislərində keçirilən məşqdən əvvəl baş məşqçi İsmayıl Kartal və futbolçular Bonucci ilə vidalaşıb.

Kartal və futbolçular imzaladıqları “Fenerbahçe” formasını italyan oyunçuya hədiyyə ediblər. “Fenerbahçe”ya transfer olunan 37 yaşlı Bonucci sarı-göylü komandanın sabah “İstanbulspor”la qarşılaşacağı matçla aktiv futbolçu karyerasını başa vuracaq.

Vüqar ALIŞOV