Bonservisi əlində olan Dele Alli üçün sürpriz talib

Bakı, 7 sentyabr, Sporaz.tv

Everton“la müqaviləsi başa çatan “Beşiktaş“ın keçmiş ulduzu, Dele Allini La Liqa təmsilçisi “Real Betis“in istədiyi və ingilis futbolçuya 1+1 illik müqavilə təklif ediləcəyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, İspaniyanın “Real Betis” komandasının bir müddət “Beşiktaş”da da çıxış edən Dele Alli ilə maraqlandığı bildirilib.

Isconun zədəsi ilə əlaqədər əməliyyat olunması və Rodri Sanchezin Qətərin Al Arabi (Əl Ərəbi) komandası ilə müqavilə imzalaması səbəbiylə yarımmüdafiədə boşluğu olan La Liqa komandası ingilis ulduzu gündəmə gətirib.

“Betis” üçün həm hücumçu , həm də cinahda ideal variant kimi görünən Allinin transferini baş məşqçi Manuel Pellegrinin də bəyəndiyi bildirilib.

İspaniya komandasının 28 yaşlı oyunçuya 1+1 illik müqavilə təklif edəcəyi qeyd edilib.

Leave a Reply