Bolognalı ulduz “Arsenal”a keçir

Bakı, 20 iyul, Sporaz.tv

Arsenal” “Bologna“da çıxış edən Riccardo Calafiorini heyətinə qatmağa yaxındır. Transferin 42 milyon funta başa çatdırılması gözlənilir.

Sporaz.tv məlumat verir ki, Premyer Liqada yeni mövsümdən əvvəl müdafiə xəttini gücləndirmək istəyən Arsenal üçün siyahının başında Bolognadakı Riccardo Calafiori gəlir.

Ötən mövsüm İtaliya A Seriyasında “Bologna” ilə oyunu ilə diqqət çəkən “Arsenal”ın 22 yaşlı müdafiəçi üçün danışıqları sürətləndirdiyi bildirilir.

Sky Sports-da yer alan xəbərdə Arsenal və Bolognanın 42 milyon funt-sterlinqə anlaşmağa yaxın olduğu, Calafiori ilə imzalanacaq müqavilədə heç bir problem olmadığı bildirilib.

Bologna ötən mövsümün əvvəlində 3,3 milyon funt-sterlinqə Calafiorini heyətinə qatıb.

Calafiori “Bologna”nın heyətində 33 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.