“Bodrum FK” heyətini gücləndirib

Bakı, 25 iyun, Sporaz.tv

Superliqanın yeni komandalarından olan “Bodrum FK“, ötən mövsüm “Sakaryaspor“da çıxış edən bolqar hücumçu Zdravko Dimitrovu heyətinə qatdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, klubun sosial media hesabında “Xoş gəlmisiniz, Zdravko Dimitrov” yazısı yayılıb.

Muğla təmsilçisi, 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.